PKK terrorçuları BOTAŞ boru kəmərini partladıb
21 İyul 2012 Şənbə 03:21
Partlayışdan sonra ərazidə böyük yanğın baş verib.
Bu gecə saat 23.00-də (Bakı vaxtıyla 01.00) Türkiyədə PKK terrorçuları BOTAŞ-a aid Kərkük – Yumurtalıq neft kəmərində partlayış törədib. Mardin vilayəti, Midyat rayonunun Şenköy kəndi yaxınlığında meydana gələn partlayış yanğına səbəb olub. Ərazidə gizlədilmiş mina və ya partlayıcı qurğu ehtimalına qarşı təhlükəsizlik qüvvəsi və BOTAŞ əməkdaşları hadisənin baş verdiyi yerə diqqətlə yaxınlaşır.

Qeyd edək ki, boru kəmərindən neftin axışı dayandırılıb, ərzidə təhlükəsizlik pik həddinə çatdırılıb. Yanğının baş verdiyi yerə isə BOTAŞ işçiləri, yanğınsöndürənlər və polis xaric heç kim buraxılmır.

Faktla bağlı araşdırmalar davam edir, insan təlafatı barədə isə məlumat verilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar