PKK terrorçuları AKP nümayəndəsini qaçırdı
14 May 2012 Bazar Ertəsi 04:16
Terrorçular Veysəl Çəliklə sadəcə söhbət edəcəklərini deyiblər.
Türkiyədə PKK terrorçuları AKP (Hakim Ədalət və İnkişaf Partiyası) Diyarbəkir vilayəti Kulp rayon şöbəsinin sədri Veysəl Çəliki qaçırıb. Hadisə şahidləri Çəlikin təsadüfən qaçırılmadığını, terrorçuların bu məqsədlə Muş – Kulp magistral yolunda reyd keçirdiyini bildiriblər.

Məlumata görə, PKK terrorçuları yolun dar hissəsində avtomobillərin hərəkətini dayandıraraq yoldan keçən hər kəsin sənədlərini yoxlayırmış. Şahidin bildirdiyinə görə, yolda 2 saat davam edən reyddən sonra təxminən 15 nəfərlik terrorçu qrupu bir-birlərinə “gəldi” – deyərək Veysəl Çəliki saxlatyıb və özləri ilə aparmağa çalışıb.

Qeyd edək ki, hadisə yerində olanlar terrorçulara mane olmaq istəyib. Terrorçular isə, “Söz veririk heç nə etməyəcəyik. Bir az söhbət edəcəyik. Bir neçə gün qonağımız olacaq” – deyiblər. Terrorçuların silahlı olması isə Çəlikə kömək etmək istəyənlərə hərəkət imkkanı verməyib.

Veysəl Çəlikin tapılması və xilas edilmsi üçün əməliyyat başlanılıb və araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar