İnsident nəticəsində 3 əsgər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Türkiyənin Van şəhərində pekaka terrorçuları ilə türk əsgərləri arasında silahlı qarşıdurma yaranıb. Rəsmilərin verdiyi məlumata görə, Vanın Gürpınar ratonu Güzelsu jandarm idarəsinə terrorçuların qəfil hücum etməsi nəticəsində 1 nəfər türk əsgəri şəhid olub. 3 əsgərin isə yaralandığı bildirilir. Türk silahlı qüvvələri hadisə ilə bağlı bölgəyə əlavə dəstək göndərib. Terrorçulara qarşı əməliyyat başladılıb.