PKK terror təşkilatının xəzinədarı ələ keçirilib
07 Mart 2009 Şənbə 13:00
Saxlanılan saha altı terorçu barədə məhkəmə iddiası qaldırılıb

Türkiyənin İstanbul, Siirt, Diyarbəkir və Cizrə bölgələrində PKK terror təşkilatına qarşı keçirilən növbəti əməliyyatlar nəticəsində təşkilatın maliyyələşməsi ilə bağlı çoxlu sənəd aşkar olunub. Bundan başqa, aralarında PKK-nın xəzinədarının da olduğu 6 terrorçu ələ keçirilib. Bu barədə Türkiyənin «Cihan» agentliyi məlumat yayıb. Saxlanılan şəxslər barədə məhkəmə iddiası qaldırılıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar