PKK terror təşkilatı Belçikanı hədələyib
10 Mart 2010 Çərşənbə 01:50
Terrorçular bu ölkənin müxtəlif yerlərində partlayışlar törədəcəklərini deyiblər
PKK terror təşkilatı Belçikanı hədələyib. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, terrorçular bu ölkənin müxtəlif yerlərində partlayışlar törədəcəklərini deyiblər. Buna səbəb isə keçən həftə terror təşkilatına qarşı bu ölkədə keçirilən əməliyyatlarda PKK-nin 2 məsul şəxsi Remzi Kartal və Zübeyr Aydarın saxlanılması və həbs olunmasıdır.
Qeyd edək ki, terrorçular “AG” sığorta şirkətinə faks göndərərək Brüsseldə bir çox binada partlayışlar törədəcəklərini yazıblar. Polis rəsmiləri faksı ciddi qəbul etmədiklərini desələr də tədbir görəcəklərini və sayıq olacaqlarını bilidirblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: