PKK tərəfdarları Strasburqda Avropa Şurasının binasına soxuldular
24 Noyabr 2011 Cümə Axşamı 02:46
Onlar terror təşkilatının lideri Abdullah Öcalana azadlıq tələb ediblər.
PKK terror təşkilatının 50-yə yaxın tərəfdarı ömürlük həbs cəzasına məhkum edilmir liderləri Abdullah Öcalanan təhlükəsizliyinin təmin edilməsi tələbi ilə Strasburqda Avropa Şurasının binasına soxulublar. Onlar binanın girişindəki şüşə qapını sındırıblar. Yerə uzanan PKK tərəfdarları “Öcalanı azad edin!”, “Kürd xalqı ilə həmrəylik!” şüarlarını səsləndiriblər.
Pois əməkdaqlarını görən aksiya iştirakçıları canlı sədd qurublar. Lakin bu, polis əməkdaşlarına onları binadan atmağa mane olmayıb. Hüquq-mühafizə orqanları əməkdaşlarını təhqir etdiklərinə və müqavimət göstərdiklərinə görə saxlanılıb.
DOSTLARINLA PAYLAŞ: