PKK növbəti dəfə türk əsgərlərini pusquya düşürdü
26 İyul 2011 Çərşənbə Axşamı 06:24
Baş vermiş insident nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Türkiyə Diyarbəkir vilayətinin Hani və Lice rayonlarında narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyatdan qayıdan hərbçilər PKK terrorçulaqrı tərəfindən pusquya düşürülüb. Yerli vaxtla saat 21.00-də (Bakı vaxtıyla 23.00) baş vermiş insident nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qeyd edək ki, yaralılardan 5 nəfəri hərbçi, 1 nəfəri isə hərbçilər tərəfindən saxlanılan narkotik qaçaqmalçısı olub. Yaralılar Diyarbəkir hərbi xəstəxanasına çatdırılıb.
Məlumata görə, əraziyə cəlb olunan təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı əməliyyatları davam edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: