PKK-nın sonu yaxınlaşır
20 Dekabr 2009 Bazar 18:50
PKK-nın sonu yaxınlaşır. Bağdadda ABŞ, İraq və Türkiyə məsələnin detallarını müzakirə edəcək.
Türkiyənin daxili işlər naziri Bəşir Atalay Türkiyə, İraq və ABŞ-ın daxili işlər nazirlərinin toplantısında iştirak etmək üçün Bağdada gedib. Toplantıda Habur düşərgəsindən dönəcək PKK üzvlərinin aqibəti müzakirə olunacaq. Bağdada yola düşməzdən əvvəl açıqlama verən Türkiyənin daxili işlər naziri bildirib ki, PKK terror təşkilatının varlığına son verilməsi məqsədilə atılan addımlar bu günə qədər müəyyən nəticə versə də, Ankara tam olaraq məqsədinə çatmayıb.
“Biz iraqlı qardaşlarımız və amerikalı müttəfiqlərimizin fəal dəstəyi ilə PKK-nın İraq torpağındakı varlığına tamamən son verilməsi, düşərgələrin bağlanması, terror təşkilatının rəhbərlərinin tutularaq Türkiyəyə təhvil verilməsi, eləcə də İraq torpaqlarından qaynaqlanan terror təhdidinə son verilməsini istəyirik", - deyə o vurğulayıb.
Bəşir Atalay bildirib ki, bu sahədə iraqlı həmkarları ilə razılıq əldə edəcəklərinə ümid edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: