PKK-nın 11 lideri həbs edildi
30 İyun 2013 Bazar 06:42
Danimarka terror təşkilatının maliyyə qaynaqlarını kəsdi.
Danimarka prokurorluğu PKK terror təşkilatına maliyyə yardımı tolplayan 11 nəfərin həbs olunması haqqında qərar qəbul edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, araşdırmalar zamanı həbs olunan şəxslərin PKK üçün Danimarka və digər Avropa ölkələrində 130 milyon kron (18 milyon avro) toplayaraq yolladıqları bəlli olub.
Danimarkanın baş prokuroru bunu terror təşkilatına yardım ittihamı ilə bağlı ən böyük cinayət işi adlandırıb. O qeyd edib ki, barələrində cinayət işi qaldırılanlar PKK ilə sıx əlaqələri olan şəxslərdir və onların hamısı terror təşkilatının liderlərindədir. Yerli qanunvericiliyə görə, saxlanlımış şəxslərin hər birini 10 ilə qədər həbs cəzası gözləyir.
DOSTLARINLA PAYLAŞ: