PKK lideri Öcalan Kılıçdaroğlunun sədrliyini mübət qarşılayır
24 May 2010 Bazar Ertəsi 03:55
Öcalan: “Baş nazirə deyirəm ki, sən həll etməsən Kılıçdaroğlu həll edəcək”.
PKK terror təşkilatının İmralı adasında həbsdə olan lideri Abdullah Öcalan Cumhuriyyət Xalq Partiyasının (CHP) sədrliyinə Kamal Kılıçdaroğlunun seçilməsini müsbət qarşılayıb. Terrorçu liderin vəkilləri ilə görüşündə ifadə etdiyi bəyanatlar PKK-çı internet saytında yayımlanıb. “Kılıçdaroğlu yenilik gətirə bilər. Kamalizmdə də demokratik islahatlar yarada bilər. Buna ehtiyac olduğunu daha əvvəl də demişdim. Məncə əhəmiyyətlidir”.

Abdullah Öcalan baş nazir Rəcəb Tayyib Ərdoğana da səslənərək onu hədələyib: “Hökumətə və baş nazirə səslənirəm. Bu problemi həll etməzsəniz 3 aydan sonra gedərsiniz. Ayaqlarının altında torpaq sürüşür, görürsünüz ki, Kılıçdaroğlu gəlir. Baş nazirə deyirəm ki, sən həll etməsən Kılıçdaroğlu həll edəcək”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar