PKK-dan iqtisadi diversiya
07 Oktyabr 2013 Bazar Ertəsi 01:49
Terrorçular yük maşınını yandırdılar.
Ərdoğan hökümətinin təqdim etdiyi və kürdlərə müəyyən azadlıqları nəzərdə tutan demokratikləşmə paketinin Türkiyədə müzakirə edildiyi bir dönəmdə, PKK diversiyalarını davam etdirir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, terrorçu təşkilat Şırnakda yük maşınını yandırıb.

Məlumata görə, vilayətin Beytüşşebap rayonunda mərmər daşıyan yük maşını PKK terrorçuları tərəfindən saxlanılıb. Sürücünü avtomobildən endirdikdən sonra maşının üzərinə benzin tökərək yandırıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar