PKK-çı təşkilat rəhbəri həbs olundu
05 İyun 2012 Çərşənbə Axşamı 04:13
Xalis Yurtsevərlə yanaşı daha 9 partiya üzvü də yaxalanıb.
Türkiyədə PKK terror təşkilatının siyasi cinahı olan Barış və Demokratiya partiyası (BDP) Bingöl şəhər təşkilatının sədri həbs olunub. Məlumata görə, şəhər polis idarəsi terrorla mübarizə şöbəsinin əməkdaşları keçirdikləri əməliyyatda sədr Xalis Yurtsevərlə yanaşı daha 9 partiya üzvünü də yaxalayıb.
Qeyd edək ki, iznsiz aksiya keçirməkdə ittiham olunan şəxslər 4 saat ifadə verib, onlardan 6 nəfəri azadlığa buraxılıb, X. Yurtsevərin də daxil olduğu 3 nəfər isə həbs olunub.
DOSTLARINLA PAYLAŞ: