PKK-a yenə hücüm etdi
25 İyun 2010 Cümə 11:05
PKK-a yenə hücüm etdi. 2 əsgər, 1 kəndli öldü.
Türkiyənin Elazığ bölgəsində əsgərlərlə PKK terrorçuları arasında atışma olub. “Milliyet” qəzetinin yazdığı məlumata görə, iyunun 25-i Türkiyə vaxtı ilə saat 21.00-da Seyrantəpə adlanan ərazidə təhlükəsizliyi təmin edən əsgərlərlə atışma zamanı iki əsgər və həmin vaxt orada olan bir kənd sakini həlak olub. Daha 4 kəndli və bir hərbçi isə ağır yaralanaraq xəstəxanalara aparılıb.
Bundan sonra bölgəyə hərbi qüvvə göndərilib və terrorçularla qarşı əməliyyat təşkil edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: