Pivə fontanı
03 İyun 2011 Cümə 11:29
Almaniyada vuran fontanın hündürlüyü 30 metrə çatıb
Almaniya pivə fontan vurub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb Bavariyada pivə zavodunda baş verən qəza olub. Belə ki, şəhərdə yerləşən köhnə zavoddan yaxınlıqdalı yeni zavoda yüksək təyziqlə pivə ötürən boru deşilib. Nəticədə təziqli pivənin yaratdığı 30 metrlik fontan əmələ gəlib. Fontan yarım saata qədər davam edib. Qəza aradan qaldırılana kimi nə qədər pivənin axdığı hələ dəqiq bəlli deyil.

Pivə pəvəskarı olan almanlar bu fürsətdən istifadə etməyiblər. Buna səbəb isə yəqin ki, onların nizam intizamı və qayda-qanunlara riayət etmək ədəbləri olub.

Qeyd edək ki, Almaniyada 1,3 minə yaxın qeydiyyata alınmış pivə istehsalçısı var. Onların yarıdan çoxu məhz Bavariyada yerləşir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar