Piter Semnebi Türkiyəni Ermənistanla sərhədi açmağa çağırıb
15 Aprel 2009 Çərşənbə 15:20
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin sözlərinə görə, bu, həm Avropa Birliyinə, həm də bütün regiona sərfəlidir

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Türkiyəni Ermənistanla sərhədi açmağa çağırıb. O, bildirib ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması iki ölkə arasında əlaqələrin normallaşmasına və regionda stabilliyə gətirib çıxara bilər. Bu barədə Associated press agentliyi məlumat yayıb.

Semnebinin sözlərinə görə, Türkiyə-Ermənistan əlaqələrinin yoluna qoyulması həm Avropa Birliyinə, həm də bütün regiona sərfəlidir. O həmçinin bildirib ki, Avropa Birliyi ümid edir ki, tərəflər bu məsələni tezliklə həll edəcəklər. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar