Piter Semnebi Edvard Nalbandyanla görüşüb
30 Noyabr 2010 Çərşənbə Axşamı 00:40
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesini müzakirə ediblər
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib. Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesini müzakirə ediblər. Görüşdə dekabrda keçiriləcək Ermənistan-AB Şurasına hazırlıq işləri, həmçinin, Edvard Nalbandyanın Brüsselə gözlənilən səfərinin təfərrüatları ətrafında fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar