Pişik paltaryuyan maşında yuyuldu
29 İyul 2011 Cümə 14:55
Pişik paltaryuyan maşında yuyuldu. Heyvan möcüzə nəticəsində sağ qalıb.
Şotlandiyada ev heyvanı paltaryuyan maşında yuyulub. ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, hadisə Aberdin şəhərində qeydə alınıb. Pişiyin sahibinin sözlərinə görə, o paltarları maşına yerləşdirəndən sonra cəmi dəqiqəliyinə üzünü yana çevirib. Bu zaman maşının qapağı açıq olub. Daha sonra maşını işə salan qadın televizora baxmağa gedib.
Bir saatdan sonra qadının əzi maşını dayandırıb və yuyulan pişiyi oradan çıxarıb. Pişik möcüzə nəticəsində sağ qalsada, qorxmuş vəziyyətdə olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: