Pişik məhkəməyə çağırıldı
18 Yanvar 2011 Çərşənbə Axşamı 13:10
Sel “ifadə” verməlidir.
ABŞ-ın Boston şəhərində yaşayan Espozitolar ailəsinə məxsus Sel adlı pişik məhkəməyə çağırılıb. Selin sahibləri pişiyin ABŞ-da siyahıya alma zamanı səhvən sakin kimi qeydiyyata alındığını bildiriblər.
Espozitolar hakimləri Selin pişik olduğunu və heyvanın məhkəmədə "ifadə" verə bilməyəcəyini bildirsələr də onlara qulaq asan olmayıb.
Bununla da pişik öz sahibləri ilə birlikdə "ifadə" vermək üçün məhkəməyə gedəcək. Məhkəmənin hansı işlə bağlı olduğu isə bildirilmir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: