Pişik də polisin işinə mane ola bilmədi
21 Noyabr 2009 Şənbə 22:40
Belə ki, zabit cərimə yazarkən onun başına pişik tullanıb
Birləşmiş Ştatlarda maraqlı bir hadisə baş verib. Belə ki, xidmət polisi tərəfindən qeydə alınan videoyazıda Texas ştatı zabiti Keyt Urbanın necə soyuqqanlı olduğunu müşahidə etmək olar.

Sözügedən zabit yol hərəkəti qaydalarını pozan vətəndaşa cərimə yazarkən başına hardansa pişik tullanıb. Lakin polis əməkdaşı bunun fərqinə varmayaraq cip markalı maşının sahibini cərimələyib.

İşini qurtardıqdan sonra isə o, heç nə olmayıbmış kimi astaca başını tərpədərək pişiyi yerə atıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar