Piramidalar ölkəsində etirazlar bitmir
15 İyul 2011 Cümə 23:02
Misir gəncləri sabiq ölkə başçısı Hüsnü Mübarəkin xəstəxanadan həbsxanaya köçürülməsini tələb edir.
Misirin paytaxtı Qahirənin mərkəzi meydanı olan Təhrir meydanında bir araya gələn minlərlə misirli ölkəni idarə edən hərbi hökumətə ultimatum göndərib. 1.5 milyon insanın dəstəklədiyi “İnqilabçı gənclər koalisiyası” silahlı qüvvələrin Ali Şurasından bir neçə ay öncə devrilmiş sabiq prezident Hüsnü Mübarəki Şarm-əl-Şeyxdəki xəstəxanadan çıxararaq açıq məhkəmə iclasına hazırlılq üçün Tarra həbsxanasına yerləşdirilməsini tələb edib.

Aksiya iştirakçıları baş nazir İsam Şərəfi “xalqın səbrini yoxlamamağa və buna görə də Təhrir meydanına gələrək misirlilərin səsinə səs verməyə” çağırıb. Etirazçılar kabinetdə əsaslı dəyişiklər tələb edir.

Onlar dövlət müəssisələri və güc strukturlarını Mübarək rejimi ilə əlaqəli şəxslərdən təmizlənməsini tələb edir. “Gənc inqliabçılar koalisiyası"nın üzvləri tələbləri yerinə yetirilməyənə qədər Qahirənin mərkəzi meydanını tərk etməyəcəklərini bildirib.

Qeyd edək ki, analoji aksiyalar İskəndəriyyə, Süveyj, İsmailiyyə və ölkənin digər iri şəhərlərində də keçirilib. Onu da əlvə edək ki, nümayişlərin təşkilatçısı olan Misir gəncləri ötən günki aksiyaları “sonuncu xəbərdarlıq cüməsi” adlandırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar