Pinq və Merkel Liviya barədə danışıb
05 İyul 2011 Çərşənbə Axşamı 22:30
Liviyanın İtaliyadakı səfiri ölkəsində baş verən hadisələri şərh edərək Müəmmər Qəddafinin rejiminin günü gündən zəiflədiyini deyib.
Afrika İttifaqının prezidenti Jan Pinq və Almaniya kansleri Angela Merkel Berlində keçirdikləri danışıqlardan sonra mətbuat konfransında iştirak ediblər. Jan Pinq öz çıxışında bildirib ki, Liviya xalqının demokratiya, yaxşı idarəetmə, qanunun aliliyi, insan hüquqlarına hörmət, ədalət və inkişafın ölkədə qurulması üçün güclü istəyinə cavab olaraq lazımi islahatlar davam etdirilməlidir.

Angela Merkel isə Afrika İttifaqının Liviyadakı münaqişənin sülh yolu ilə tənzimlənməsinə dair etdiyi cəhdlərini yüksək qiymətləndirir.

Bu arada, fevralın 25-də üsyançıların tərəfinə keçmiş Liviyanın İtaliyadakı səfiri Hafed Qaddur ölkəsində baş verən hadisələri şərh edərək Müəmmər Qəddafinin rejiminin günü gündən zəifləməsini bildirib. “Adamları, o cümlədən yüksək rütbəli hərbiçilər hər gün onu tərk edir. Adi əsgərləri səhra, yaxud Tunis tərəfə qaçır. Onun artıq tərəfdarları yoxdur. Onun yanında ancaq afrikalı muzdurlar qalır”, deyə o, bildirib.

Qeyd edək ki, Qaddur Liviyanın digər Avropa ölkələrindəki səfirləri ilə yanaşı üsyançıların tərəfinə keçməsinə qədər Qəddafinin yaxın dostu sayılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar