Pilotsuz təyyarələr vasitəsilə İranı izləməkdə davam edəcəyik
14 Dekabr 2011 Çərşənbə 18:08
ABŞ pilotsuz təyyarələr vasitəsilə İranı izləməkdə davam edəcək. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu bəyanatla Əfqanıstanda amerikalı əsgərlər ilə görüşən ABŞ müdafiə naziri Leon Panetta deyib.
L. Panetta bildirib ki, pilotsuz təyyarələrdən istifadə edərək İranı izləmə proqramı mütləq davam edəcək: “ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsinin iranlılar tərəfindən ələ keçirilməsi də bu prosesi dayandırmayacaq. Bu uçuşlar nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsinin təhlükəsizliyi baxımından mütləq lazımdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar