Pilot sükan arxasında ölüb
18 İyun 2009 Cümə Axşamı 21:30
"Continental Airlines" aviaşirkətinə məxsus təyyarə ABŞ-da təcili eniş edib

"Continental Airlines"  aviaşirkətinə məxsus təyyarə ABŞ-da təcili eniş edib. ANS PRESS-in “Sky News”a istinadən verdiyi xəbərə görə, Brüsseldən Nyuarka uçuş zamanı bu təyyarənin pilotu vəfat edib.

Belə olan halda sərnişin təyyarəsinin idarəsini ikinci pilot öz üzərinə götürüb.

İlkin məlumatlara görə, Nyuark şəhər (Nyu-Cersi ştatı) aeroportuna enişi uğurla həyata keçirilib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar