Pilot çay dağıtdı, uçuş ləğv olundu
03 Mart 2012 Şənbə 06:14
Təyyarə səfərinə ancaq 11 saatdan sonra davam edib.
Türkiyədə İstanbul – Amsterdam səfərini həyata keçirməyə hazırlaşan təyyarənin pilotu idarə etmə pultuna çay dağıtdı və uçuş ləğv olundu. Məlumata görə, yerli vaxtla saat 15.30-da (Bakı vaxtıyla 17.30) təyyarəyə minik başladığı vaxt “Boing-737” tipli təyyarənin kapitan pilotu kokpitdə çay içməyə başladı. Bu vaxt fincan pilotun əlindən düşdü və çay göstərici cihazların üstünə dağıldı. Texniki nasazlıq səbəbilə təyyarə anqara (təyyarələrin, dirijablların saxlanması üçün xüsusi bina) aparıldı, sərnişinlər isə otellərə yerləşdirildi. Qeyd edək ki, təyyarə səfərinə ancaq 11 saatdan sonra davam edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar