Peyvənd olan 20 uşaq öldü
17 Sentyabr 2014 Çərşənbə 12:09
UNICEF və Dünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən kampaniyada peyvənd edilən uşaqlardan ən az 20-nin dünyasını dəyişdiyi bildirilir.
Suriyanın İdlib şəhərində BMT peyvənd aksiyası keçirib.

ANS PRESS-in məlumatına görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Uşaqlara Yardım Fondu (UNICEF) və Dünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən dəstəklənən kampaniyada peyvənd edilən uşaqlardan ən az 20-nin dünyasını dəyişdiyi bildirilir.

İdlib şəhərinin müxtəlif bölgələrində həyata keçirilən peyvənd aksiyası bir milyon yarımdan çox uşağı əhatə edib.

Baş verən ölüm hadisələrinə görə məhkəmə ekspertizası təyin edilib və hadisədə Əsəd tərəfdarlarının əlinin olduğu iddia edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar