Peterburqda Özbekistan vetendaşını doğradılar
05 Noyabr 2013 Çərşənbə Axşamı 02:57
Miqrant aldığı çoxsaylı bıçaq zerbelerinden hadise yerinde dünyasını deyişib.
Peterburqda Özbəkistan vətəndaşı qətlə yetirilib. ANS PRESS-in “gazeta”ya istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla təxminən 15:30 radələrində “Rıbaçkoe” metrosunun yaxınlığında baş verib.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, həmin şəxsə çoxsaylı bıçaq zərbələri vurulub və o, aldığı zərbələrdən hadisə yerində keçinib. Həmin şəxsin Özbəkistan vətəndaşı olduğu və Rusiyada miqrant kimi yaşadığı məlum olub.
Hüquq-mühafizə orqanları hazırda ərazidə olan kameranın qeydlərini araşdırır. Qətlin milli-etnik zəmində baş verdiyi ehtimal olunur. Kadrlardan zərbələr vuranların nasistlərə məxsus geyimdə olduqları görünür
DOSTLARINLA PAYLAŞ: