Peterburqda 300 qeyri-leqal miqrant saxlanıb
06 Avqust 2013 Çərşənbə Axşamı 21:50
Reyd zamanı təxminən 500 nəfər yoxlanılıb.
Peterburq polisi şəhərin şimalındakı iri tərəvəz bazasında 300-ə yaxın qeyri-leqal miqrantı saxlayıb. ANS PRESS Rusiya Daxili İşlər Nazirliyinin (DİN) regional idarəsinə istinadən bildirir ki, reyd zamanı təxminən 500 nəfər yoxlanılıb. Onların 300 nəfərinin miqrasiya qanunvericiliyini pozması aşkarlanıb. 19 nəfər sənədləri olmadığına görə polisə aparılıb. Hadisədə MVD işçilərini OMON döyüşçüləri müşayiət ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar