Pərviz Müşərrəf Hindistana buraxılmadı
01 Dekabr 2010 Çərşənbə 19:05
Pakistanın sabiq prezidentinə viza verilməyib
Hinldistan Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfə viza verməyib. CNNTürk-ün yaydığı məlumata görə, keçmiş dövlət başçısı hələ Londonda yaşayarkən viza üçün Hindistana müraciət edib. Lakin Pərviz Müşərrəfin müraciətinə rədd cavabının verilməsi səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Pərviz Müşərrəf Hindistanda təşkili planlaşdırılan iş adamlarınını toplantısında məruzə etmək üçün dəvət almışdı.
Pərviz Müşərrəf 1999-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlib. 2008-ci ildə isə o, istefaya məcbur edilib.
DOSTLARINLA PAYLAŞ: