Pərviz Müşərrəf evində həbs edildi
19 Aprel 2013 Cümə 10:28
Polis Pakistanın keçmiş prezidentini tapa bilib.
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf həbs edilib. BBC-nin verdiyi məlumata görə, sabiq dövlət başçısını öz evində saxlanılıb.

Qeyd edək ki, dünən Pakistanın sabiq prezidenti Pərviş Müşərrəf məhkəmə zalından qaçmışdı. Hadisə onu həbs etmək istəyən zaman baş vermişdi. Belə ki, cangüdənlər məhkəmənin qərarı elan ediləndən dərhal sonra onu qaçıraraq qara rəngli avtomobilə otuzdurublar. Onlar naməlum istiqamətdə gedərək gözdən itə bilmişdilər.

Xatırladaq ki, Pakistanın sabiq prezidenti parlament seçkisində iştirak etmək üçün öz ölkəsinə geri dönmüşdü. O. 1999-cu ildə Pakistana rəhbərlik edib. Hərbi çevriliş nəticəsində hakimiyyətə gələn P. Müşərrəf 2008-ci ildə istefa vermişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar