Perviz Müşerref edam oluna biler
20 Avqust 2013 Çərşənbə Axşamı 07:52
Pakistanın keçmiş prezidenti Perviz Müşerref özel mehkeme qarşısında dayanacaq.
Bu gün - avqustun 20-də Pakistanın keçmiş prezidenti general Pərviz Müşərrəfin Ravalpindi şəhərində özəl məhkəmə qarşısında dayanacağı gözlənilir. ANS PRESS-in ria.ru-ya istinadən verdiyi məlumata görə, ona qarşı keçmiş baş nazir Bənazir Bhuttonun qətlində iştirakla bağlı rəsmi ittiham təqdim olunacaq. Generala qarşı irləi sürülən ittiham təsdiqlənərsə, o zaman Müşərrəf barəsində ölüm hökmü çıxarıla bilər.

Məhkəmə iclası hələ avqustun 6-da keçirilməli idi. Ancaq həmin gün generala təhlükəsizlik baxımından məhkəməyə gəlməyib.

Xatırladaq ki, keçmiş baş nazir B.Bhutto 2007-ci il dekabrın 27-də Ravalpindi şəhərindəki seçkiqabağı mitinqdə qətlə yetirilib.
Müşərrəfin adı üç cinayət işində hallanır: B.Bhuhtton və 2006-cı ildə Bəlucistan əyaləti bəlucularının lideri Əkbər Buqtilinin öldürülməsi, fövqəladə rejim tətbiqi, bir də 2007-ci ildə ali məhkəmə sədrinin həbsi.

Pərviz Müşərrəf isə 1999-cu ildə hərbi devriliş nəticəsində hakimiyyətə gəlib və 2008-ci ilədək ölkəni idarə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar