Peruda şaxtaçılar üsyan edir
27 Mart 2014 Cümə Axşamı 05:53
Etirazlara səbəb hökumətin qeyri-qanuni fəaliyyət göstərən şaxtaçılara qarşı sərt cəzaların tədbiq olunmasına dair qanun layihəsi qəbul etməsi olub.
Perunun paytaxtı Limada şaxtaçıların hökumətə qarşı etirazları davam edir. Artıq bir həftədir ki, fəallarla təhlükəsizlik qüvvələri arasında qanlı qarşıdurmalar yaşanır. Ötən gün mərkəzi küçələrdən birində oxşar hadisələr yenidən təkrarlanıb. Təhlükəsizlik qüvvələri zorakılıq törədən fəallara gözyaşardıcı qazlarla müdaxilə edib. Qarşıdurmalarda bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Etirazlara səbəb isə, hökumətin qeyri-qanuni fəaliyyət göstərən şaxtaçılara qarşı sərt cəzaların tədbiq olunmasına dair qanun layihəsi qəbul etməsi olub. Qanuna əsasən, bu sahədə qeydiyyatdan keçmədən çalışan və vergidən yayınları həbs cəzası gözləyir. İşçilərin qanuni standartlara cavab verməsi və qeydiyyatdan keçməsi üçün son tarix aprelin 19-na təyin olunub.

Ölkə prezidenti Olyanta Umala məsələyə münasibətində şaxtaçılara qarşı təzyiqlərin artırılmasına səbəb kimi Amazon meşəliklərinin qırılmasını göstərib. Prezident meşələrin qorunması məqsədilə belə bir addım atdığını qeyd edib.

Peru dünyanın ən böyük qızıl istehsalçılarıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar