Peruda prezident seçkiləri keçirilir
10 Aprel 2011 Bazar 03:06
Peruda prezidentliyə 5 npamizəd seçki kampaniyasına 9 milyon dollar xərcləyib.
Peruda, eləcə də xaricdə yaşayan 20 milyon perulu bu gün keçiriləcək prezident seçkilərində iştirak edəcək. Seçkilərdə qalib gəlmək üçün beş namizəddən biri səslərin 50 faizin+1 səs toplamalıdır. Analitiklər hesab edirlər ki, namizədlərdən heç biri bu qədər səs toplaya bilməyəcək və iyunun 5-də seçkilərin ikinci turu keçiriləcək. Yeni seçilən dövlət başçısı iyunun 28-də səlahiyyətlərinin icarsına başlayacaq və 2016-cı ilədək ölkəyə rəhbərlik edəcək.
Namizədlər aprelin 8-də seçkiqabağı təşviqatı başa vurublar. Onların hamısı ölkədə yoxsulluq səviyyəsini (hazırda 35 faizdir) aşağı salmağı, təhlükəsizlik səviyyəsini yüksəltməyi, inflyasiyanı azaltmağı və dünyada ən sürətlə inkişaf edənlərdən olan ölkə iqtisadiyyatının gələcək inkişfını təmin etməyi vəd edib.
Sorğuların nəticələrinə görə, ikinci tura çıxmağa ən şanslı namizəd keçmiş hərbçi və Millətçi Partiyanın lideri, 48 yaşlı Olyanta Umaladır. O, 2006-cı ildə keçirilmiş son seçkilərdə ikinci tura inamla çıxıb və hazırkı ölkə prezidenti Alan Qarsiyaya məğlub olub. O, səslərin 44,56 faizini toplamışdı.
İkinci ən şanslı namizəd keçmiş Peru prezidentinin 35 yaşlı qızı Keyko Fuximoridir. Onun seçki proqramında əsas yeri ölkə iqtisadiyyatının inkişafının ililk 7 faizə çatdırılması, səhiyyə sahəsində sığortanın artırılması, cəzaçəkmə müəssisələrinin tikintisi və xüsusilə ağır cinayətlərə görə ölüm hökmünün tətbiqi tutur. Qeyd edək ki, Keyko Fuximorinin ağır xəstə olan 72 yaşlı atası Alberto Fuximori 25 il müddətinə azadlıqdan məhrum edilib və hazırda cəza çəkir.
Namizədlərdən yoxsul And şəhərciyindən olan və əvvəllər ayaqqabı təmizləyən Alexandro Toledo da diqqəti cəlb edir. O, 2001-2006-cı illərdə Pureyə rəhbərlik edib və ölkədə demokratiyanın bərpaçısı kimi tanınır.
Milli Seçki Bürosunun məlumatına görə, namizədlər seçkiqabağı kampaniyaya təxminən 9 milyon dollar xərcləyiblər. Bu məbləğin 3 milyon dolları Olyanta Umalanın payına düşür.
Səsvermə günü Peruda ictimai asayişi 77 min polis əməkdaşı qoruyacaq. Onlardan 20 mini paytaxt Limada xidmətdə olacaqlar. Aprelin 8-dən spirtli içki satışına və qəbuluna qadağa qoyulub. Bu qadağa sabah saat 12.00-adək qüvvədə olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: