Peruda nümayişçilər hava limanını ələ keçirdilər
26 İyun 2011 Bazar 02:55
3000-ə yaxın aksiya iştirakçısı uçuş-eniş zolağını mühasirəyə alıb, hava limanının işi iflic olub.
Perunun cənubunda dövlət siyasətindən narazı olan minlərlə nümayişçi Zuoyaya şəhərindəki kommersiya hava limanını ələ keçirib. Yerli polisin nümayəndəsinin “Reuters”ə verdiyi məlumata görə, 3000-ə yaxın aksiya iştirakçısı uçuş-eniş zolağını mühasirəyə alıb və hava limanının işini iflic ediblər. Qanlı toqquşmaların təkrarlanmasından ehtiyatlanan polis hələlik güc tətbiq etmir.
Bir müddət əvvəl Xulyaka hava limanını ələ keçirmək istəyən yüzlərlə aksiya iştirakçısı ilə polis arasında baş verən toqquşmalarda 5 nəfər ölmüşdü. Hava limanını qorumağa çalışan hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və döyüş silahlarından istifadə etmişdi.
Perunun cənubundakı Puno əyalətinin sakinləri ölkə hökumətinin mineral ehtiyatların hasilatı üçün konsessiyaların verilməsinə etiraz edirlər. Yerli əhali iddia edir ki, hasilatçı şirkətlərin fəaliyyəti nəticəsində ətraf mühait çirklənir. Əhali regionun zəif sosial-iqtisadi inkişafından da narazıdır. Son etiraz dalğasına Kanadanın “Bear Creek Mining Corporation” şirkətinə əyalətdə gümüş hasil etmək üçün lisenziyanın verilməsidir. Bir müddət əvvəl Peru hökuməti lisenziyanı lətğv etsə də, bu addım nümayişçiləri sakitləşdirməyə kifayət etməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: