Peruda avtobus qəzası: azı 14 ölü, 30 yaralı
13 Oktyabr 2009 Çərşənbə Axşamı 12:10
Peruda avtobus qəzası olub. Yüksək sürətlə hərəkət edən avtobus yoldan çıxıb və aşıb
Perunun cənub-qərbində sərnişin avtobusu qəzaya uğrayıb. Yüksək sürətlə hərəkət edən avtobus yoldan çıxıb və aşıb. Hadisə nəticəsində azı 14 nəfər həlak olub, 30-dan artıq adam xəsarət alıb.
Xilasedicilərə sağ qalmış sərnişinləri əzilən avtobusdan çıxarmaq üçün bir neçə saat lazım olub. Qəzanın səbəbləri ilə bağlı hələlik məlumat yoxdur. Polis araşdırmalara başlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar