Peruda A/H1N1 virusu ilə bağlı ikinci hal qeydə alınıb
18 May 2009 Bazar Ertəsi 11:45
Peruda A/H1N1 virusu ilə bağlı ikinci hal qeydə alınıb. Xəstəliyə tutulmuş 37 yaşlı kişi bu yaxınlarda ABŞ-dan qayıdıb.

 

Peruda A /(H1N1) qripinə yoluxma ilə bağlı ikinci hal qeydə alınıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Xəstəliyə tutulmuş 37 yaşlı kişi ölkənin cənubunda yaşayır. O, bu yaxınlarda ABŞ-dan qayıdıb, amma onda xəstəliyin simptomları dərhal yaranmayıb. Hazırda vətəndaş tibb işçilərinin nəzarəti altındadır. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Xatırladaq ki, bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, mayın 17-ə qədər olan məlumata görə, dünyanın 39 ölkəsində 8 min 480 nəfərin bu xəstəliyə yoluxması laborator müayinələri zamanı təsdiqənib. Daha sonra isə bu virusun Çilidə də qeydə alındığı məlum oldu. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar