Peru hökuməti tam tərkibdə istefaya getdi
24 İyul 2012 Çərşənbə Axşamı 01:24
Hökumət üzvləri istefa xahişi ilə prezidentə müraciət ediblər.
Perunun Nazirlər Kaibneti tam tərkibdə istefaya gedib. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Alberto Texada bəyan edib.
“Radio proqramas del Peru” radiostansiyasına müsahibəsində nazir deyib ki, hökumət üzvləri istefa xahişi ilə prezident Olyante Umaleyə müraciət ediblər. Hazırkı şökumətdən kimin vəzifəsində qalacağının yaxın saatlarda məlum olacağı gözlənilir. Hələlik prezident və onun yaxın köməkçiləri hökumətin kollektiv istefası ilə bağlı heç bir bəyanat verməyiblər.
DOSTLARINLA PAYLAŞ: