Peru Fələstinin müstəqilliyini tanıdı
25 Yanvar 2011 Çərşənbə Axşamı 01:50
Son bir ayda analoji addımı atan Latın Amerikası ölkələrinin sayı 6-ya çatdı.
Peru Fələstin milli muxtariyətini müstəqil dövlət kimi tanıyıb. Bu barədə məlumatı “Frans Press” agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən yayıb. Perunun xarici işlər naziri Antonio Qarsia Belaunda bildirib ki, Fələstinin azad və suveren dövlət kimi tanınması barədə qərar Fələstinin Limadakı səfirin çatdırılıb. Amma nazir öz çıxışında Perunun müstəqil Fələstini 1967-ci ilə qədərki sərhədlər daxilində tanıyıb0-tanımadığını dəqiqləşdirməyib.

Beləliklə, Peru son bir ay ərzində Fələstinin müstəqilliyini tanıyan altıncı Latın Amerikası ölkəsi olub. O, Çili, Argentina, Boliviya, Ekvador və Braziliyaya qoşulub. Fələstinin müstəqilliyini tanımaq niyyətini Uruqvay hökuməti də açıqlayıb. Bundan başqa, Nikaraqua və Mesika bu ehtimalı müzakirə edir.

İsrail Latın Amerikası ölkələrinin hərəkətlərini pisləyir və onların Fələstini müstəqil ölkə kimi tanımasını Fələstin-İsrail sülh danışıqları üçün əngəl hesab edir. ABŞ isə bəyan edib ki, Fələstinin müstəqilliyinin tanınması vaxtından əvvəl atılmış addımdır.

Qeyd edək ki, Fələstin milli müxtariyyəti 1967-ci il sərhədləri daxilində müstəqil dövlət yaratmağa çalışır və ümid edir ki, İsrail 1967-ci il müharibəsindən sonra işğal etdiyi Fələstin torpaqlarını - İordan çayının qərb sahili, Qəzza bölgəsi və Qərbi Qüdsü azad edəcək. Fələstin müxtariyyəti həmin ərazilərdə Qərbi Qüdsün paytaxt olduğu ərəb dövləti yaratmaq istəyir. Lakin İsrail 1967-ci ildəki sərhəd xətlərinə qayıtmaqdan imtina edir və Qüdslə bağlı məsələnin qaldırılmasını arzulamır. Çünki İsrail dövləti bu şəhəri özünün əbədi və bölünməz paytaxtı elan edib.

Hazırda Fələstin-İsrail sülh danışıqları İsrail tərəfinin işğal edilmiş ərazilərdəki məskunlaşma siyasətindən imtina etməməsi üzündən yerində sayır. Fələstinlilər münaqişənin dinc yolla nizamlanması danışıqlarında iştirakın əsas şərti kimi məskunlaşmanın dayandırılmasını göstərirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar