Permdəki yanğında ölənlərin sayı 146-ya çatıb
13 Dekabr 2009 Bazar 03:15
Permdəki yanğında ölənlərin sayı 146-ya çatıb. 84 nəfər xəsraət və yanıqlarla xəstəxanalardadır.
Permdəki “Xromaya loşad” klubundakı yanğında ölənlərin sayı 146-ya çatıb. 84 nəfər xəsraət və yanıqlarla xəstəxanalardadır.
Xatırladaq ki, dekabrın 5-nə keçən gecə “Xromaya loşad” klubunda yanğın baş verib. İstintaqın ehtimalına görə, faciəyə atəşfəşanlıq və yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub. Faktla bağlı cinayət işi başlanıb. Cinayət işi çərçivəsində 234 nəfər zərərçəkən müəyyənləşdirilib. Faktla bağlı həbs edilən dörd nəfərə ittiham elan olunub.
Yanğınla bağlı Perm diyarının hökuməti tam tərkibdə istefaya gedib. Bir sıra vilayət və şəhər məmurları, o cümlədən vilayət yanğından mühafizə xidmətinin rəisi də işdən çıxarılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: