Pentaqonun rəhbərliyinə ermənipərəst senatorun namizədliyi təsdiqlənib
13 Fevral 2013 Çərşənbə 09:40
ABŞ-ın Konqressinin Silahlı Qüvvələr Komitəsi Çak Xeyqelin Pentaqon rəhbərliyinə namizədliyinə razılıq verib.
ABŞ Konqressinin Silahlı Qüvvələr Komitəsi senator Çak Xeyqelin Pentaqon rəhbərliyinə namizədliyini təsdiq edib. Hazırda onun namizədliyi senatın tam heyətinin nəzərdən keçirəcəyi gözlənilir. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, senatda 14 nəfər Çak Xeyqeli lehinə, 11 nəfər isə əleyhinə səs verib.
Qeyd edək ki, Amerikanın sabiq senatoru, müdafiə naziri postuna namizəd Çak Xeyqel Ermənistanla ABŞ arasında müdafiə sahəsində münasibətlərin genişləndirəcəyini deyib.
Ç. Xeyqel bu haqda silahlanma üzrə Senat Komitəsinin rəhbəri Mark Levin müdafiə sahəsində erməni-amerika münasibətlərinə dair məktubuna cavabında yazıb.
Xeyqel qeyd edib ki, digər sahələrdə olduğu kimi müdafiə sahəsində də əməkdaşlıq və tərəfdaşlığın genişlənməsi və artması üçün böyük imkanlar var. O, müdafiə naziri seçiləcəyi təqdirdə mövcud olan əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və bu sahədə Ermənistanda yeni hərbi islahatların keçirilməsinə yardım edəcəyinə vəd verib.
DOSTLARINLA PAYLAŞ: