Pentaqonun İranla müharibə planı hazırdır
02 Mart 2012 Cümə 15:20
Norton Şvarts: "Bu planın reallaşdırılacağı yerdə olmaq sizin də xoşunuza gəlməz".
ABŞ İrana qarşı əməliyyat planı hazırlayıb. "Bloomberg" agentliyinin məlumatına görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Norton Şvarts (Norton Schwartz) bildirib. General fikirlərini belə tamamlayıb: "Bu planın reallaşdırılacağı yerdə olmaq sizin də xoşunuza gəlməz".
Pentaqondakı mənbələrin məlumatına görə, Amerika hərbçiləri İslam İnqilabının Mühafizləri Korpusunun bazalarına, İran Müdafiə Nazirliyinin obyektlərinə, həmçinin, ölkənin xüsusi xidmət orqanlarının mənzil- qərargahlarına zərbələr endirməyi planlaşdırır. Bundan başqa, İsrail qırıcılarının İranın nüvə obyektlərini bombalamasına lüzum yaranarsa, ABŞ yanacaqdolduran təyyarələri onlara xidmət edəcək.
Amerikalı hərbçilər əməliyyatlarda ən ağır və nüvə başlıqsız bombalardan istifadə olunması məsələsini də nəzərdən keçirir. Bu bombaların çəkisi 9,5 tondur. Belə bombalar dağ altında yerləşən Fordo nüvə mərkəzini yerlə yeksan etmək üçün yetərli gücə malikdir. Bir neçə belə bomba hədəfin üzərinə dəqiqliklə atılsa, təbii qalxanı olmasına baxmayaraq onu məhv edə bilər.
Mart ayının 4-də İsrail nümayəndə heyətinin Birləşmış Ştatlara səfəri başlayan gün ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşərək İrana qarşı əməliyyatın mümkün detallarını müzakirə edəcəkləri gözlənilir
DOSTLARINLA PAYLAŞ: