Pentaqonun casus dəstəsi
15 Mart 2010 Bazar Ertəsi 17:50
Əfqanıstan və Pakistanda keçmiş kəşfiyyatçılardan ibarət xüsusi dəstə yaradılıb
Əfqanıstan və Pakistan ərazisində silahlıların məhv edilməsində yardımçı olan xüsusi casus dəstəsi aşkar edilib. İstefada olan MKİ əməkdaşları və keçmiş xüsusi təyinatlılardan ibarət olan dəstə terrorçuların yerləşdiyi ərazilər, onların lagerləri barədə informasiya toplayaraq hərbçi və kəşfiyyatçıların hücum əməliyyatına yardım edirmiş. Dəstənin ABŞ Müdafiə Nazirliyinin əməkdaşı tərəfindən yaradıldığı bildirilir.

Hazırda isə Pentaqon əməkdaşı Maykl Ferlonqun yaratdığı dəstənin necə maliyyələşdirilməsi və kimlər tərəfindən idarə olunması istiqamətində araşdırmalar aparılır. “Əl-Qaidə” terror qruplaşması ilə mübarizədə ABŞ-ın özəl mühafizə şirkətlərinin köməyindən istifadə etməsi barədə hələ 2009-cu ildə məlumatlar yayılsa da, bu Pentaqon rəsmisinin yaratdığı ilk aşkar olunmuş casus dəstəsi hesab olunur. Bu dəstənin həmçinin bəzi şəxslərə qarşı hücumlarda istifadə olunması ehtimalı da nəzərdən keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar