Pentaqonda on minlərlə adam işdən çıxarılır
27 Yanvar 2013 Bazar 11:23
Apreldən 800 min əməkdaşın qısaldılmış iş rejiminə keçirilməsi gerçəkləşdirilə bilər
ABŞ Müdafiə Nazirliyi xərcləri azaltmaq üçün 46 min müvəqqəti əməkdaşını işdən çıxarmaq qərarına gəlib. ANS PRESS «BBC News»a istinadən bildirir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Eşton Karter bildirib.

Onun sözlərinə görə, bölmələrə fevralın 1-dən qısa müddətə xərcləri azaltmaq planı hazırlamağa başlamaq əmr edilib. Həmçinin apreldən 800 min əməkdaşın qısaldılmış iş rejiminə keçirilməsi gerçəkləşdirilə bilər ki, bu da quruma 5 milyard dollara qənaət etməyə imkan yaradar.

Bütünlükdə, 2013-cü ildə ABŞ-ın hərbi büdcəsi 50 milyard dollar azaldılacaq. O il ərzində isə xərclərin azaldılması 500 milyard dollar təşkil edəcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar