Pentaqon rəhbəri Gürcüstana gəlir
30 Avqust 2014 Şənbə 12:05
Çak Heygel Gürcüstan səfəri zamanı Ukrayna böhranın müzakirə edəcək.
Pentaqon rəhbəri Çak Heygel gələn həftə Gürcüstana səfər edəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi xəbər yayıb.
Yayılan rəsmi xəbərdə bildirilir ki, o, Gürcüstanlı həmkarı İrakli Alasaniya ilə Ukrayna böhranın müzakirə edəcək. Kirbinin bildirdiyinə görə, “Heygel birinci dəfə olaraq ABŞ Müdafiə Naziri kimi Gürcüstana səfər edəcək”. Kirbi buna əlavə edərək bildirir ki, Ukraynadakı vəziyyət nazirin səfəri zamanı gündəlikdə olan əsas mövzulardan olacaq.
Pentaqonun mətbuat katibi əlavə edib ki, Gürcüstan ABŞ-ın əsas əməkdaşlarındandır: “Gürcüstan silahalı qüvvələri Birləşmiş Ştatların Əfqanıstan və İraqda dəyərli əməkdaşı olub”.
DOSTLARINLA PAYLAŞ: