Pentaqon narahatlığa əsas görmür
23 Noyabr 2010 Çərşənbə Axşamı 23:00
Amerika Şimali Koreyaya qarşı hücuma hazırlaşmır
Pentaqonda hesab edirlər ki, hələlik Şimali Koreyaya qarşı hərbi əməliyyatların başlanmasına heç bir əsas yoxdur. Lakin Birləşmiş Ştatların prezidenti Barak Obama rəsmi şəkildə bəyan edib ki, amerikalılar Şimali Koreya ilə münaqişədə tərəfdaşı Cənubi Koreyaya yardım etməyə hazırdır.

Ağ evin mətbuat katibi Robert Gibbsin sözlərinə görə, prezident Barak Obama daim Cənubi Koreya rəhbərliyi ilə əlaqə saxlayır: “Dövlət başçısı regionda stabilliyi bərpa etmək məqsədi ilə hər an tərəfdaşına yardım etməyə hazır olduğunu bildirir”.

Xatırladaq ki, bu gün Şimali Koreya artilleriyası Cənubi Koreyanın Sarı dənizdə sərhəd adalarından biri olan Yenpxendonu atəşə tutub. Cənubi Koreya qoşunları dərhal cavab atəşi açıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar