Alimlər tarakanın üzərinə mikro-cihaz yerləşdirərək onu istədikləri tərəfə istiqamətləndirirlər
Amerikalı alimlər tarakanları pultla idarə etməyə müvəffəq olublar. “AOL News”un xəbərinə görə, “Backyard Brain” adlı şirkətin əməkdaşları tarakanın üzərinə mikro-cihaz yerləşdirərək onu istədikləri tərəfə istiqamətləndirirlər. Tarakanların bığcıqları ilə istiqamətlərini dəyişdirdiyini bildirən alimlər sistemin də burdan hərəkətlə yaradıldığını deyib. Qeyd edək ki, böcəyin üzərinə yerləşdirilən cihazın bığcıqlarına elektrik verərməsi nəticəsində tarakanın hərəkət istiqamətini müəyyənləşdirmək mümkün olur.
Şirkətin təsisçilərindən olan Qreq Qeyc bu ixtiranın gələcəkdə alzheimer xəstəliyi üçün təsirli müalicənin inkişafında rol oynayacağını bildirib.
Heyvan hüquqları müdafiəçiləri isə yeni ixtiranı kəskin reaksiya ilə qarşılayıb. Hüquq müdafiəçiləri böcəklərə elektrik verilməsini və onların üstünə cihaz qoyulmasını işkəncə kimi qiymətləndirib.
Şirkət isə təcrübədə istifadə olunan böcəkləri yaxşı bir pensiya həyatı gözlədiyini bildirib. Qeyc bu böcəklərin pensiyaya çıxarıldıqdan sonra balalamaqlarına izn veriləcəyini və təzə göyərti ilə bəslənəcəklərini deyib.