Pensilavinayadan ABŞ üçün bədbin proqnoz
03 Fevral 2014 Bazar Ertəsi 08:52
Dağ siçanı qışın sərt keçəcəyini bildirir.
Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında ənəvi olaraq dağ siçanının qış fəsli ilə bağlı proqnozları səsləndirilib.

Minlərlə yerli sakinin təqdimatına çıxarılan gəmiricinin proqnozuna görə, hələ ki, qarşıdan gələn 6 həftə ərzində qarlı və şaxtalı havaların dəyişəcəyi gözlənilmir.

Belə ki, amerikalılar hələ azı bir ay dondurucu soyuqlara dözməli olacaqlar.

Tədbirə yığılan ştat sakinləri proqnozları bəyənməyərək gəmiricini fitə basıblar.

Əfsanəyə görə, Fevral ayının ikisində marmot - adlanan dağ siçanı öz kölgəsini görərəsə, bu soyuq havaların 1 ay 2 həftə sürəcəyi deməkdir. Əks halda, isə, yaz fəslinin tez gələcəyi proqnozlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar