Pelenin nəvələri babalarını məhkəməyə verir
11 Oktyabr 2013 Cümə 03:27
Qızının iki oğlu əfsanəvi futbolçudan təhsil və tibbi sığorta üçün kompensasiya tələb edir.
Əfsanəvi futbol uçduzu Pele məhkəməyə verilir. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, braziliyalı əfsanəni məhkəməyə verən öz doğma nəvələridir.
2006-cı ildə vəfat edən qızının 13 və 15 yaşlı iki oğlu futbolçudan kompensasiya tələb edirlər.
Oktavio və Qabriel adlı yeniyetmələr babalarından təhsil və tibbi sığortaları üçün 6 min dollar pul tələb edirlər.
Vəkilin sözlərinə görə, 73 yaşlı Pele nəvələri ilə şəxsən görüşməkdən imtina edir. O, sonuncu dəfə qızının oğlanlarını 2011-ci ildə görüb.
Qeyd edək ki, Sandra Reqina adlı qızı ulduz futbolçunun nigahdankənar münasibəti nəticəsində doğulub. Pele ancaq uzun sürən məhkəmələrdən sonra onu övladı olaraq qəbul edib.
DOSTLARINLA PAYLAŞ: