Pələng zoopark gözətçisini parçalayarq öldürüb
07 Mart 2010 Bazar 11:45
Hadisə Çində baş verib. Pələng zoopark gözətçisini parçalayarq öldürüb.
Çinin Şanxay şəhərində yerləşən zooparklardan birində faciə baş verib. Belə ki, burada saxlanılan pələnglərdən biri onun volyerinə (heyvanxanada heyvanları və quşları saxlamaq üçün hər tərəfi qəfəslənmiş meydança) daxil olmuş 50 yaşlı heyvanxana gözətçisini parçalayaraq ölümcül vəziyyətə salıb. Yerli mətbuatın yaydığı məlumata görə, zoopark əməkdaşı qəfəsdə kritik vəziyyətdə tapılıb.
O xəstəxanaya çatdırılsa da, həkimlər kişinin həyatını xilas edə bilməyib. Pələngin dişləri ilə zoopark əməkdaşına vurduğu yaralar olduqca ciddi olub.
Gözətçinin pələngin qəfəsində nə etdiyi hələ məlum deyil.
Zooparkın mətbuat katibi də, baş verən hadisəni təsdiqləyib. Lakin o insidentin detalları barədə məlumat verməkdən imtina edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: