Pekinin ən hündür binası istifadəyə verilib
01 Sentyabr 2010 Çərşənbə 11:55
Pekində (Çin) Dünya Ticarət Mərkəzinin ərazisində çoxfunksiyalı göydələn istifadəyə verilib.
“APA-ECONOMICS”in xəbərinə görə, “III Çin Dünya Ticarət Qülləsi” adlanan göydələn Pekinin ən hündür binası olub.
81 mərtəbəli binanın hündürlüyü 330 metrdir. Burada hotel, ofislər, kommersiya meydançaları və yaşayış evləri yerləşir. Seysmik davamlı qüllənin fasadı şüşə və metal təbəqə ilə örtülüb ki, bu da gün işığını tənzimləyir.
Qeyd edək ki, Pekindəki Dünya Ticarət Mərkəzi 30 avqust 1990-cı ildə açılıb. “III Çin Dünya Ticarət Qülləsi”nın istifadəyə verilməsi ilə mərkəzin inkişafının üçüncü mərhələsinə yekun vurulub.
Hazırda dünyanın ən hündür binası Birləşmiş Ərəb Əmirliklərindəki “Burj Dubay” qülləsidir. 162 mərtəbəli binanın hündürlüyü 828 metrdir. APA
DOSTLARINLA PAYLAŞ: