Pekin su altında
23 İyul 2012 Bazar Ertəsi 09:43
Çində son 60 ilin ən güclü yağışları yağıb.
Çinin paytaxtı Pekində son 60 ilin ən güclü yağışları və ildırımı 10 nəfərin ölümünə səbəb olub. Daha 6 nəfər isə Siçuan əyalətində ölüb. Çinin CCTV telekanalının məlumatına görə, Pekində leysan yağışlar şənbə günü səhərdən davam edir və dünən günün yarısından artıq sinoptiklər təhlükə səviyyəsinin 2-ci həddini, yəni "narıncı təhlükə səviyyəsi" elan ediblər.
Dünən və bu gün Pekində 220 millimentrdən çox yağıntı düşüb ki, bu da 1951-ci ildən bəri rekord göstəricidir. Pekinin bəzi rayonlarında isə hətta 460 millimetrədək yağıntı düşüb. Pis hava şəraiti ilə əlaqədar Şoudu hava limanı bağlanıb, şəhər yolları isə avtomobillərin hərəkəti üçün yararsız hala düşüb. Bəzi rayonlarda suyun səviyyəsi maşınlardan hündür olub. Pekin ətrafındakı su basmış ərazilərdən 145 min sakin evakuasiya edilib. Pekin yaxınlığındakı dağlıq rayonlarda torpaq sürüşməsi təhlükəsinin də olduğu bildirilir.
Aramsız yağışlar Çinin paytaxtı ilə yanaşı, Tyançin və Çunçin şəhərlərində, eləcə də 6 əyalətdə fəsadlara səbəb olub.
DOSTLARINLA PAYLAŞ: